Accessibility links

Nigeriya prezidenti vəfat edib


Umaru Yar Aduanın ölümündən dərhal sonra müvəqqəti lider Qudlak Conatan ölkə prezidenti kimi and içib

Nigeriyanın müvəqqəti lideri Qudlak Conatan ölkə prezidenti Umaru Yar Adua bu gün uzun sürən xəstəlikdən vəfat edəndən dərhal sonra prezidentlik andı içib. Cənab Conatan bu gün televeziya ilə yayımlanan mərasim zamanı prezident sarayında and içərək rəsmən hakimiyyətə yiyələnib. Qısa müraciəti zamanı o, korrupsiyaya qarşı mübarizə aparacağına, ədalətli seçkilərin keçirilməsi və Niger Deltasında sülh əldə olunması istiqamətində iş aparacağına söz verib. Cənab Yar Adua bu gün president villasında 58 yaşında dünyasını dəyişib. Keçən ilin noyabr ayından ürək ətrafı əzələlərin iltihabından əziyyət çəkən sabiq prezident üç ay Səudiyyə Ərəbistanında müalicə almışdı. Onun ölkədə olmaması siyasi böhrana yol açmış və Nigeriya parlamenti vitse prezident Conatanı fevral ayında müvəqqəti lider elan etmişdi.

XS
SM
MD
LG