Accessibility links

Nigeriya təhsil sistemini yenidən qurur [Video]


Nigeriya təhsil sistemini yenidən qurur
please wait

No media source currently available

0:00 0:03:17 0:00

Nigeriya təhsil sistemini yenidən qurur

Nigeriya fəalı hələ də Boko Haram qruplaşmasının təhlükəsi olduğu doğma şəhərlərində dəyişikliklər etmək istəyir. O, bir çoxlarının Boko Haram hücumlarından qorxaraq təhsillərini yarımçıq qoyan Nigeriyanın şimalında yerləşən Borno vilayətində məktəb tikir. Onun proqramı “Təhsil Davam Etməlidir” adlanır və müsəlmanların çoxluq təşkil etdiyi reqionda xristian azlıqları üçün nəzərdə tutulub.

Bu günlərdə müəllimlər ağacların altında açıq ərazilərdə görüşürlər ki, hücum zamanı xəbərdar olub tez qaça bilsinlər. Bu ərazilərdə Boko Haram terror qruplaşması hələ də təhlükə yaratmaqdadır.

"Təhsil Davam Etməlidir" təşkilatının məktəbində müəllim olan Yahaya Ceyms deyir ki, terrorçular gələndə o şəhərdə idi, anası və atası ilə yaşayırdı. Onlar atəş səsləri eşidib və qaçmağa başlayıblar.”

Onlar Bornonun cənubunda yerləşən tarixi Lassa şəhərinə yeni qayıdıblar. Burada hələ də Boko Haram hücumları davam edir.

Müəllimlər köhnə məktəb binasını yoxlayırlar. Üç dayısını və böyük qardaşını itirmiş Maymuna Zübayrü hökümətin Lassanı tərk etdiyini düşünür.

O bildirir ki, onlar demək olar ki, heç kömək etmirlər. O düşünür ki, kəndin sakinlərinin çoxunun xristian olduğu üçün hökümət onlarla o qədər də maraqlanmır.

Məhz buna görə Rebekka Qədzəma və onun həyat yoldaşı birlikdə məktəb yaradaraq bu müəllimləri onlara kömək etmək üçün gətiriblər. Onların məqsədi Boko Haram terrorçularının darmadağın etdikləri dövlət məktəblərinə keyfiyyətli təhsil gətirməkdir. Bu onların “Təhsil Davam Etməlidir” təşkilatının bir hissəsidir.

Rebekka deyir ki, onlar fərdi şəxslər, buranın yerli sakinləri və vətəndaşlarıdırlar. Onlar düşündülər ki, əgər onları dövlət məktəblərinə apara bilmirlərsə çıxış yolu tapmalıdırlar. Nəticədə Rebekka və onun həyat yoldaşı bu təşkilatı yaradıblar.

Dövlətin maliyyələşdərdiyi dəstək əsasən Borno vilayətinin paytaxtı və Lassadan 200 kilometr şimalda yerləşən Mayduquriyə yönəlir.

Maydaquridə yerləşən yeni yaşayış kompleksində 200 yeni mənzil var. Əsasən özəl maliyyələşən bu kompleks Boko Haram qurbanları üçün nəzərdə tutulub.

Rebekka Qədzəma deyir: "Biz Bornonun şimalında baş verənləri eşidirik. Əhali üçün binalar tikilir. Burada, bu ərazilərin yenidənqurulmasında hökümətin iştirakı hiss olunmur. “

Rebekkanın Yola şəhərində yerləşən ikinci məktəbində üşaqların əksəriyyəti bu ərazilərin xristian ailələrindəndir.

O yaşadıqları və şahidi olduqlarından psixoloji travma almış şağirdləri baş çəkməyə gəlir.

İbrahim Daniel və Çində Con onlar Boko Haramdan qisas almaq üçün əsgər olmaq istəyirlər.

Yola məktəbinin şagirdi olan İbrahim Daniel deyir ki, o terrorçuların onlara etdikIəri üçün əsgər olmaq istəyir. Əgər o onları görsə, o onları öldürəcək.

Bu uşaqlar hətta bir tərəf əsgər, digər tərəf isə Boko Haram olan müharibə oyunları oynayırlar.

Rebekka ümid edir ki, məktəbin kitabxanası uşaqların psixoloji travmalarına kömək olacaq.

Lakin şənlənmək də bu terapiyanın bir hissəsidir. Rebekka ümid edir ki, bu məktəblər uşaqlara yeni biliklər əldə etmək, yeni dostlar tapmaqla və oyunlarla onların gələcəyinin daha yaxşı olmasına kömək edəcək.

XS
SM
MD
LG