Accessibility links

Nikki Heyli: Trampın Yaxın Şərqdə Sülh Planı daha tam hazır deyir


ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli deyir ki, Tramp administrasiyasının gözlənilən Yaxın Şərqdə Sülh Planı bu ay keçiriləcək Baş Assambleyaya təqdim olunmayacaq .

Heyli çərşənbə axşamı planı oxuyub, bitirdiyini desə də, nə zaman ərsəyə buraxılacağını söyləməyib.

Heyli həmçinin deyib ki, fələstinlilərin prezidenti Mahmud Abbas onlara daha çox yardımçı olmalıdır.

“Region və beynəlxalq ictimaiyyət Abbasa daha çox təzyiq göstərməli və artıq zamanın gəldiyini söyləməlidir. Artıq fələstinlilərin daha yaxşı həyat sürmələrinin vaxtıdır və bunu yalnız o təmin edə bilər. Biz həmçinin Hamasın da problemin bir hissəsi olduğunu qəbul etməliyik” – deyə, o bildirib.

Tramp sdministrasiyanın Fələstin Muxtariyyəti ilə münasibətləri getdikcə pisləşir. Ən böyük gərginlik isə dekabr ayında Ağ Evin səfirliyini Tel Əvivdən Qüdsə keçirməyə qərar verməsindən sonra yaşanıb.

Fələstinlilər həmçinin administrasiyanın BMT-nin fələstinli qaçqınlara yardım edən idarəsinə maddi yardımı kəsməsinə və fələstinli qaçqın anlayışını dəyişmək səylərinə qəzəblənib.

XS
SM
MD
LG