Accessibility links

Nikolas tropik qasırğası ABŞ-ın cənub-qərbindəki Texas ştatına doğru irəliləyir


ABŞ Milli Qasırğa Mərkəzi bazar ertəsi Nikolas tropik qasırğasının Meksika Körfəzinin isti suları üzərində gücləndiyini və günün sonunda ABŞ-ın cənub qərbindəki Texas ştatına çata biləcəyini bildirib.

Sinoptiklərin bildirdiyinə görə, Nikolas saatda təxminən 95 kilometr sürətli küləklə Texas ştatının 335 km cənubdakı Port Konnerə doğru irəliləyir. Fırtınanın bazar ertəsi Meksikanın şimal-şərq və Texasın cənub sahillərinə qədər gedəcəyi, günün sonunda isə Texasın cənub və ya mərkəzi sahilləri boyunca quruya doğru irəliləyəcəyi proqnozlaşdırılır.

Sinoptiklər fırtınanın çox ehtimal ki, ştatın Körfəz sahilində Qalvestondan təxminən 270 kilometr cənubda, Texasın Port O-Konner yaxınlığına enmədən əvvəl güclənəcəyini bildirib.

Güclü küləklərin 20-dən 40 santimetrə qədər şiddətli yağışlarla müşaiyət olunması ehtimal var ki, bu da həm kəndlərdə, həm də şəhərlərdə daşqınlara səbəb ola bilər.

Texas sahili boyunca həyatı təhdid edən fırtına dalğaları barədə xəbərdarlıqlar qüvvədədir. Dalğalanma xəbərdarlıqları və müşahidələri şimal və şərqdən Luiziana ştatına qədər uzanır.

Sinoptiklər Nikolasın sahilə çıxdıqdan sonra tez zəifləyəcəyini, lakin fırtına şəraitinin azı növbəti 48 saat davam edəcəyinin gözlənildiyini bildirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG