Accessibility links

Fizika üzrə 2013-cü il Nobel mükafatının qalibləri elan edilib


Fizika üzrə 2013-cü il Nobel mükafatına belçikalı Fransua Enqlert və britaniyalı Peter Hiqqs subatomik hissəciklərin kütləsinin təbiətini aşkarlamağa yol açan mexanizm nəzəriyyəsinə görə layiq görülüb.

Alimlər “Allah hissəcikləri” adı verilən Hiqqs hissəciklərini müəyyən etmələri ilə məşhurlaşıb.

Elm, ədəbiyyat və sülh Nobel mükafatlarının təqdimatı dinamit ixtiraçısı və biznesmen Alfred Nobelin şərəfinə 1901-ci ildən başlayıb.
XS
SM
MD
LG