Accessibility links

Donald Tramp Nobel Sülh mükafatına namizəd göstərilib [Video]


Donald Tramp Nobel Sülh mükafatına namizəd göstərilib
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Donald Tramp Nobel Sülh mükafatına namizəd göstərilib

Nümayəndələr palatasının Respublikaçı üzvlərindən bəziləri prezident Donald Trampı Koreya yarımadasına sülh gətirməyə çalışdığı üçün 2019-cu ilin Nobel Sülh Mükafatına namizəd göstərib. Cənubi Koreya prezidenti Mun Cae-in də bu ideyanı dəstəkləyib.

"Nobel Sülh mükafatı? Prezident Munun məni namizəd göstərməsi çox gözəldir. Mən sülh olmasını istəyirəm. Ən əsas sülhə nail olmaqdır.” – deyə, ABŞ prezidenti Donald Tramp bildirib.

Trampın tənqidçiləri isə onun hərbi xərclərin artırmasını, ABŞ nüvə silahı proqramını gücləndirməsini və Şimali Koreyaya qarşı güc tətbiq etmək ehtimalını istisna etməmək çağırışlarını nəzərə alaraq Trampın sülh arzuna skeptik yanaşırlar.

Ancaq Respublikaçı senator Lindsi Qraham kimi tərəfdarların sözlərinə görə, mükafat komitəsi onun sülh üçün yaratdığı yeni potensialı qiymətləndirəcək.

“Əgər prezident Tramp 70 ildən sonra Koreya müharibəsini sonlandırmağı və Şimali Koreyanın nüvə proqramında imtina etməsinə nail ola bilərsə, deməli, o bu mükafata layiqdir.” - deyə, Lindsi Qraham bildirib.

Bir çoxları üçün isə “əgər” məsələ çox vacibdir. Tərəflərin görüşə razı olması Koreya yarımadasında daimi sülhün əldə olunduğu anlamına gəlmir. Prezident Tramp da dəfələrlər qeyd edib ki, əgər qarşıdakı görüşlər məhsuldar olmasa o hörmətlə görüşü tərk edəcək.

Lakin sülh razılaşmasının qətiləşməməsi keçmişdə də Nobel komitəsinin qərar verməsinə mane olmayıb. Le Dıx To və Henri Kissinger bu mükafata layiq görülərkən Vyetnam müharibəsi hələ bitməmişdi. Yaxın Şərqdə sülh istiqamətli fəaliyyətlərinə görə İsrail liderləri Yitzak Rabin və Şimon Perezlə birlikdə Nobel sülh mükafatını alan Yassir Arafat demişdi ki, biz öz torpaqlarıma geri dönənə və İsraili məhv edənə qədər dayanmamalıyıq.

Həm də Nobel Sülh mükafatına namizəd olmaq üçün sülhməramlı olmaq da vacib deyil. Buna missal olaraq Argentinada vətəndaş azadlıqlarını məhdudlaşdıran, üç dəfə prezident olan Xuan Peronu, İtaliyanın faşist lideri Benito Mussolinini və hətta öz xalqının yüzminlərlə nümayəndəsinin öldürən Sovet diktatoru Cozef Stalini də göstərmək olar.

2018-ci il Nobel Sülh Mükafatı qalibinin adı oktyabr ayında açıqlanacaq.

XS
SM
MD
LG