Accessibility links

ABŞ Senatında Donald Trampın kabinet nominasiyaları nəzərdən keçirilir


ABŞ Senatında Donald Trampın kabinet nominasiyaları nəzərdən keçirilir.

Bugünkü dinləmələrdə daxili işlər və təhsil nazirlərinin ifadələri dinlənilir.

Daxili işlər naziri vəzifəsinə nominasiya edilən Rayan Zink Senatın Energetika və Təbii Resurslar Komitəsi qarşısında çıxış edir.

Rayan Zink
Rayan Zink

Sabiq hərbi dəniz donanmasının üzvü olan Zink ictimai ərazilərin federal hökumətin nəzarətində olmasının tərəfdarıdır.

Onun mövqeyi ərazilərin özəlləşdirilməsi və ya ştatların ixtiyarına verilməsini hədəf alan Respublikaçılar Partiyası ilə ziddiyət təşkil edir. Lakin onun mövqeyi Trampın mövqeyi ilə üst-üstə düşür.

Ətraf mühit mühafizəçiləri ictimai torpaqlarda qazma və mədən sənayesinin inkişafının artırılmasını istəyən Zinkin əleyhinədir.

Betsi Devos
Betsi Devos

Amerika boyu 70 min işçisi olan Daxili İşlər Nazirliyi federal ərazilərin 20 faizinə nəzarət edir.

Təhsil naziri vəzifəsinə nominasiya edilən Betsi Devos Senatın Sağlamlıq,Təhsil, Əmək və Pensiya Komitəsi qarşısında ifadə verir.

Miçiqandan milyarder xeyriyyəçi qadın Amerikanın Uşaq Federasiyasına rəhbərlik edir.

Betsi Devos müəllimlərin həmkarlar birliyinin əleyhinədir.

Müəllimlərin ən böyük həmkarlar ittifaqı olan Milli Tədris Assosiasiyası Devosun təyinatının əleyhinədir.

Bu həftə Senat inaqurasiyadan əvvəl kabinetə digər nominasiyaları nəzərdən keçirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG