Accessibility links

Hər iki Koreya lideri tam nüvəsizləşdirilməyə dair birgə bəyannaməni elan etdi


Koreyalar arası zirvə görüşü cümə günü səhər Şimali Koreya lideri Kim Conq Unun tarixi addım ataraq Koreyaları 60 il ərzində ayıran hərbi demarkasiya xəttini keçməsi ilə başladı. Kommunist şimal ölkə ilə demokrat cənub ölkənin liderləri birgə nüvəsizləşdirilmə və sülh əldə etmək üzərində işləyəcəklərini elan etməzdən əvvəl qucaqlaşıb.

“Bu gün Kim Conq Un və mən tam nüvəsizləşdirilmə yolu ilə nüvədən azad Koreya yarımadasına nail olmağın bizim ümumi məqsədimiz olduğunu təsdiq edirik” deyə prezident Mun Cae-in Panmunjom adlı bəyannamənin elan edildiyi mərasimdə bildirib.

Şimali Koreya lideri də ölkəsinin hədələyici nüvə proqramının aradan qaldırılacağını xüsusilə qeyd etmədən və təfsilata varmadan birgə bəyənnaməni və keçmiş Koreyalararası razılaşmaları təsdiq etdi.

“Biz münasibətlərin yaxşılaşdırılması və Şimal-Cənub Bəyənnaməsini və bütün digər qəbul edilmiş razılaşmaları həyata keçirmək üçün keçid mərhələsini açmaq qərarına gəldik” deyə Kim Conq Un bildirib.

Kim indi Cənubi Koreya sərhədini keçən ilk Şimali Koreya lideridir. Sərhədin Cənubi Koreya tərəfində, tarixi ərazı hesab edilən Panmunjom kəndində gözləyən prezident Mun isə Kimi salamalayıb.

Kim belə tarixi yerdə görüşməyə çox sevindiyini deyib və bu ana gəlib çıxmağın nəyə görə bu qədər zaman aldığına təcübləndi.

“Bu həqiqətən mənə günclü emosional təsir etdi” deyə Kim Cənubi Koreya xalqının onu hərarətlə qarşılaması barədə bildiridi.

Prezident Mun Kimi Cənubda qarşılayaraq bir gün Şimali Koreyaya səfər etmək istədiyini dedi. Bundan sonra hər iki lider gülərək bərabər demilitarizasiya zonasında sərhədi şimal tərəfə keçdi.

XS
SM
MD
LG