Accessibility links

Şimali Koreya lideri Putinin "bütün qərarlarına qeyd-şərtsiz dəstək" ifadə edib


Kim Conq Un və Vladimir Putin
Kim Conq Un və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin ABŞ və Cənuni Koreyanın potensial silah transferi əleyhinə xəbərdarlıqları fonunda çərşənbə günü Rusiyanin ən qabaqcıl kosmodromunda Şimali Koreya lideri Kim Conq Unla görüşüb.

İki lider Rusiyanın Uzaq şərqində, Çin sərhədinə yaxın Amur bölgəsindəki Vostoçnı Kosmodromunda danışıqlar apararkən, Kim Rusiyanın Ukraynada apardığı müharibəyə istinadən Putinin “bütün qərarlarına tam və qeyd-şərtsiz dəstəyini” vəd edib.

Bu görüş mətbuatda adı açıqlanmayan Qərb rəsmilərinə istinad olunaraq, Rusiyanın Ukrayna müharibəsinə istifadə üçün Şimali Koreyadan artilleriya mərmiləri almağa ümid etdiyi, Pxenyanın isə peykləri və nüvə enerjisi ilə işləyən sualtı qayıqları üçün qabaqcıl texnologiya, habelə Moskvadan ərzaq yardımı gözlədiyi bildirildiyi bir vaxta təsadüf edir.

“Biz iqtisadi əməkdaşlıq məsələləri və humaninar məsələləri, habelə bölgədəki vəziyyəti müzakirə etməliyik,” Putin Kimə deyib.

Onlar ilk öncə kosmodromu gəziblər. Orada müxbirlər Rusiyanın Şimali Koreyaya peyklər inşa etməsinə yardım edib-etməyəcəyini soruşublar.

“Biz onun üçün buraya gəlmişik” -deyə, Rusiya dövlət mediası Putindən sitat gətirib. “Koreya Xalq Demokratik Respublikasının lideri raket mühəndisliyinə böyük maraq göstərir; onlar həmçinin kosmosu inkişaf etdirməyə çalışırlar.”

Kim çərşənbə günü Rusiyaya əfər etdiyi vaxtda, Şimali Koreya şərq sahilində dənizə iki qısa-mənzilli raket atıb. Cənubi Koreya ordusu bildirib ki, raketlər Pxenyan yaxınlığından atılıb və təxminən 650 kilometr məsafədə uçub.

Danışıqlardan öncə Cənubi Koreya rəsmiləri deyib ki, onlar Kimlə Putin arasında son dörd ildə keçirilən ilk görüşü yaxından izləyirlər.

“Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıq Koreya yarımadasında sülh və firavanlığa töhfə vermək istiqamətində olmalıdır və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməlidir,” Cənubi Koreya xarici işlər nazirliyinin sözçüsü çərşənbə günü deyib.

ABŞ və Cənubi Koreya Şimali Koreyaya Rusiyanı Ukrayna müharibəsində istifadə oluna biləcək sursatlarla təmin etməmək əleyhinə xəbərdarlıq edib.

“Şimali Koreyadan Rusiyaya hər hansı silah transferi BMT Təhlükəsizlik Şurasının bir neçə qətnamələrini pozacaq,” ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı mətbuat brifinqində deyib. “Biz ba verənləri izləyəcəyik və lazım olsa, cavabdeh olanlara qarşı tədbir görməkdən çəkinməyəcəyik.”

Forum

XS
SM
MD
LG