Accessibility links

Notr-Dam kilsəsində bu il ənənəvi Milad mərasimi keçirilməyəcək


Notre-Dam

Fransanın tarixi Notr-Dam kilsəsi 200 ildən artıq bir müddətdə ilk dəfə olaraq bu il Milad bayramında qaranlıq və səssiz qalacaq.

Aprel ayında baş vermiş yanğın qotik üslubda tikilmiş məşhur kilsəyə böyük zərər vurmuşdu. Yanğın nəticəsində kilsənin damının bir hissəsi, qülləsi və tavan hissələri məhv olmuşdu.

"Bu, Fransa İnqilabından bəri ilk dəfədir ki, Notr-Damda gecə yarısı dua mərasimi keçirilməyəcək" - deyə, kilsənin baş rəhbəri Patrik Şauve bildirib.

Milad bayramı münasibətilə dua mərasimləri bir kilometrdən artıq məsafədə yerləşən 7-ci əsrə aid Sant Jermen Lakserrua (Saint-Germain l'Auxerrois) kilsəsinə köçürülüb.

Fransa tarixi boyu YUNESKO-nun Dünya İrsinə daxil olan kilsədə hər il Milad günü dua mərasimləri keçirilirdi. Yalnız bir dəfə, 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində anti-katolik inqilabi hərəkat dövründə kilsə bağlanmaq məcburiyyətində qalmışdı.

Prezident Emmanuel Makron səkkiz əsrlik tikilinin təmir işlərinin tamamlanması üçün beş illik bir proqram qəbul edib.

Fransa prokurorluğu yanğının səbəbini aydınlaşdırmaq üçün istintaqa başlayıb. Yanğına siqaret və ya elektrik nasazlığının səbəb ola bildiyi ehtimal edilir.

XS
SM
MD
LG