Accessibility links

Con Sallivan: ABŞ azadlıqlarını, dinini və dinc toplaşmaq hüquqlarının bərpasını istəyənləri dəstəkləyir


ABŞ dövlət katibinin müavini Con Sallivan Novruz bayramı münasibəti ilə təbrik mesajını açıqlayıb. Təbrikdə deyilir:

"Bahar gəldikdə, mən iranlıların və bu gözəl ənənəni qeyd edən hər kəsin Novruz bayramını təbrik edirəm.

Con Sallivan
Con Sallivan

Bu gün Birləşmiş Ştatlarda, o cümlədən Əfqanıstanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızıstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkmənistanda, Özbəkistanda və bütün dünyada bu bayramı qeyd etməklə süfrə ətrafına toplaşan, rəqs edən, mahnı oxuyan və vaxtını öz ailəsi və dostları ilə keçirən hamıya öz xoş arzularımı çatdırıram.

Novruz ötən hadisələri dəyərləndirməyin vaxtıdır. Ötən il mən öz azadlığı, ləyaqəti və insan hüquqları uğrunda etiraz edərək öz səsini ifadə edən İran xalqından ilham aldım. Birləşmiş Ştatlar öz azadlıqlarını, dinini və dinc tolantı hüquqlarını bərpa etmək istəyənləri dəstəkləyir.

Nəhayət, Novruz gələcək üçün öz ümidlərini əks etdirməyin vaxtıdır. Qoy qarşıdan gələn il hamıya sülh, azadlıq və rifah gətirsin."

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG