Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-da səfərdədir.
Turan agentliyinin məlumatına görə, sentyabrın 18-də Məmmədov ABŞ dövlət katibinin müavini Bill Berns ilə görüşüb. Mətbuata danışıqların məzmunu barədə məlumat verilməyib.
Tərəflər N.Məmmədovun səfərinin səbəblərini şərh etmirlər.
Azərbaycan Prezident Administrasiyasındakı mənbə onun ABŞ-a səfər etdiyini təsdiqləyib, lakin hər hansı şərh verməkdən imtina edib.
Agentlik hesab edir ki, N.Məmmədov ABŞ-a hansısa missiya ilə gedib. Səfər ikitərəfli münasibətlərdəki müəyyən gərginliyin olması fonunda baş tutub. Sentyabrın birinci ongünlüyündə rəsmi Bakı Azərbaycanda insan hüquqlarının pozulmasını kəskin tənqid edən ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianı qəbul etməkdən imtina edib.
Digər tərəfdən, Naxçıvan Muxtar Respublikasında hakim Yeni Azərbaycan Partiyasının regional təmsilçiləri “məşğul olduqlarını” bəhanə edərək ABŞ səfirinin müavini Derek Hoqanla görüşdən imtina edib.