Accessibility links

19 noyabr - Beynəlxalq Tualet Günü


Dünyanın yoxsul ölkələrində tualet çatışmazlığı milyonlarla insanın həyatına risk yaradır. Noyabrın 19-da - Beynəlxalq Tualet günündə fəallar hökumətləri və şirkətləri sanitariyaya daha çox pul yatırmağa çağırır.

Tualet böhranının Afrika və Asiyada daha kəskin şəkildə üzə çıxdığı bildirilir. Bu ərazilərdə yoxsulluq səviyyəsi yüksəkdir, əhali bumu yaşanır.

WaterAid təşkilatının açıqladığı hesabatda deyilir ki, dünyada hər 5 ibtidai məktəbdən birində və hər 8 orta məktəbdən birində tualet yoxdur.

Hesabata görə, dünyada 4,5 milyard nəfərin adekvat sanitariyaya çıxışı yoxdur. Onlardan 2,5 milyardın düz-əməlli ayaqyolu yoxdur.

Tualetin olmaması isə adamları elə açıq havada - küçələrdə, avtobuslarda, çaylarda, yaxud digər su mənbələrində gündəlik tələbatını ödəməyə sövq edir.

"WaterAid" bildirir ki, Saharaaltı Afrikada 344 milyon uşağın yaşadığı evlərdə tualet yoxdur, bu da onları ishal və digər sudan yaranan infeksiyalara məruz qoyur.

BMT-nin 2015-ci ildə təsis etdiyi inkişaf hədəflərindən biri də 2030-cu ilədək hər kəsin təhlükəsiz tualetə çıxışını təmin etməkdir. Amma kampaniyaçılar xəbərdarlıq edirlər ki, hökumətlər və şirkətlər sanitariya iqtisadiyyatına daha çox pul ayırmasalar, bu hədəfə çatmaq çətin olacaq.

XS
SM
MD
LG