Accessibility links

İran prezidenti ABŞ-ı kəskin tənqid edib


Mahmud Əhmədinejad Birləşmiş Ştatları İran da daxil olmaqla, başqa ölkələri nüvə silahları adı altında hədələməkdə ittiham edib

İran prezidenti Mahmud Əhmədinejad Nüvə Silahlarının Yayılmamasına dair müqaviləyə həsr edilmiş konfransın açılışında çıxışı zamanı ABŞ-ı kəskin tənqid edib.

Cənab Əhmədinejad deyib ki, Birləşmiş Ştatların silah istehsal etməsi digər ölkələri silah hazırlamağa təşviq edərək, dünyada nüvə silahları yarışına gətirib çıxarmışdır.

Çıxışı zamanı Mahmud Əhmədinejad Birləşmiş Ştatları İran da daxil olmaqla, başqa ölkələri nüvə silahları adı altında hədələməkdə ittiham edib.

O deyib ki, İranın nüvə silahları inkişaf etdirdiyinə dair əsaslı dəlil yoxdur. ABŞ, Britaniya və Fransanın nümayəndələri İran lideri çıxış edən zamanı zalı tərk ediblər.

XS
SM
MD
LG