Accessibility links

Nuri Əl-Maliki rəsmi səfərlə İrandadır


Nuri Əl-Maliki rəsmi səfərlə İrandadır
Nuri Əl-Maliki rəsmi səfərlə İrandadır

İraqın baş naziri Nuri Əl-Maliki rəsmi səfərlə İrandadır. Bu gün baş nazir İranın bir necə rəsmisi ilə görüşlər keçirib

İraqın baş naziri Nuri Əl-Maliki rəsmi səfərlə İrandadır. Bu gün baş nazir İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi ilə görüş keçirib. İranın dövlət televiziyasının verdiyi məlumata görə, Əl-Maliki İran prezidenti Mahmud Əhmədinejadla da görüşməli, şiələrin dini mərkəzi Qum şəhərini ziyarət etməlidir. İraqın baş nazirinin Suriya və İordaniya da daxil edilməklə, regional turnesi hakimiyyətdə qalması üçün dəstək əldə edilməsi məqsədi daşıyır. Onun şiələrin çoxluq təşkil etdiyi və İran tərəfindən dəstəklənən Milli Alyansı mart ayı seçkilərində sabiq baş nazir Ayad Ələvinin İraqiyə blokuna məğlub olaraq, ikinci yer qazanmışdı. Ələvi dünən İranı Yaxın Şərqdə xaos yaratmaqda və İraqın daxili işlərinə müdaxilə etməkdə günahlandırmışdı.

XS
SM
MD
LG