Accessibility links

Nuri Əl-Məliki İordaniyadadır


Nuri Əl-Məliki İordaniyadadır
Nuri Əl-Məliki İordaniyadadır

İraq baş naziri Nuri Əl-Məliki yenidən hakimiyyətdə qalmasına dəstək qazanmaq səyləri çərçivəsində regional səfərinin bir hissəsi kimi İordaniyadadır. Cənab Məliki İraqda siyasi inkişaf mövzusunda Kral Abdulla və digər rəsmilərlə danışıqlar aparmaq üçün bu gün paytaxt Əmmana gəlib. Danışıqların diqqət mərkəzində həmçinin iqtisadi sahədə ikitərəfli əlaqələr olacaq. İraq liderini geniş tərkibdə nümayəndə heyəti müşayiət edir. Cənab Məlikinin sabah İrana səfər edəcəyi gözlənilir. Daha sonra onun Türkiyə və Misrə də səfərləri planlaşdırılıb.

XS
SM
MD
LG