Accessibility links

Nyu-York şəhəri tədricən karantindən çıxır


Koronavirus pandemiyasına görə müəssisələrinin hamısını bağladıqdan üç ay sonra Nyu-York şəhəri bazar ertəsindən başlayaraq iqtisadi fəaliyyətlərin tədricən bərpasına başlayıb.

Bruklindəki keçirilən mətbuat konfransında şəhərin yenidən açılmasının birinci mərhələsinin başlandıcını elan edən mer Bill de Blasio "Bu, böyük bir gündür. Bu, koronavirus böhranının 100-cü günü və xəstəlikdən qurtarmağa başladığımız gündür" deyib.

8.6 milyonluq şəhər dünyanın koronavirusun ən ağır təsirinə məruz qalan şəhərlərdən biri oldu. Şəhərdə COVID-19-a 200 mindən çox təsdiqlənmiş yoluxma, təxminən 22 min ölüm halı qeydə alınıb.

"Biz bu böhranın mərkəzində olmuşuq, bura yenidən geri dönməyin ən çətin olduğu yerdir. Buna baxmayaraq, Nyu-York o qədər güclü və möhkəmdir ki, geri dönməyi bacarır" deyib de Blasio.

O, sakinləri maska taxmaq və sosial məsafə kimi vacib şərtləri unutmamağa çağırıb.

Nyu-yorkluların əksəriyyəti ictimai nəqliyyatdan istifadə edir. Bir çoxları evdən işə və işdən evə metro ilə gedib-gəlir. Pandemiyadan öncə 5.5 milyon adam insanlarla dolu metrodan istifadə edirdi və bu, virusun yayılmasına şərait yaradırdı.

Nəqliyyat sistemi pandemiya dövründə vacib sahələrdə çalışan işçilər üçün məhdud şəkildə açıq saxlanmışdı. Lakin buna baxmayaraq sərnişinlərin sayı 90 faizə qədər azalmış və nəqliyyat agentliyi milyardlarla dollarlıq federal yardım üçün müracət etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG