Accessibility links

Sosial mediada yayılan video amerikalıların qəzəbinə səbəb olub


Nyu-Yorkda Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq keçirilən nümayişlərin sakitləşdiyi barədə xəbərlərin yayıldığı bir vaxt, Baffalo şəhərində polis məmurunun yaşlı bir etirazçını itələdiyini və onun yıxılaraq, başından zədə aldığını göstərən video geniş qınaqlara səbəb olub.

WFBO-nun yayımladığı videoda Baffalo polisinin cümə axşamı saat 8-də, komendant saatı qüvvəyə minəndə Niaqara Meydanını təmizlədiyi vaxt 75 yaşlı bir kişini itələdiyini, həmin şəxsin yerə yıxıldığını və başını səkiyə vurduğunu, başından qan axdığı vaxt polis zabitlərinin ona məhəl qoymadan yanından keçdiyini görmək olub.

Tez bir zamanda sosial mediada yayılan video insanların qəzəbinə səbəb olub. Buffalo polisi əvvəlcə WIVB-TV kanalına verdiyi açıqlamasında həmin şəxsin yıxıldığı zaman artıq xəsarət almış olduğunu deyib. Lakin sonradan polis kapitanı Ceff Renaldo hadisə ilə bağlı istintaqa başlandığını deyib. Şəhərin meri Bayron Braun isə iki polis məmurunun maaşları verilmədən işdən uzaqlaşdırıldığını bildirib.

Mer hadisə ilə bağlı dərin narahatlığını bildirib və adı məlum olmayan xəstəxadakı şəxsin vəziyyətinin sabit, lakin ciddi olduğunu deyib.

Nyu-York qubernatoru Endryu Kuomo Twitter səhifəsində polis məmurlarının işdən uzaqlaşdırılmasını dəstəklədiyini və videoda görülənlərinin "tamamilə əsassız və rüsvayçı" olduğunu yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG