Accessibility links

Nyu York şəhərində bomba hücumu həyata keçirməyə cəhd göstərən şəxs ələ keçirilib


Feysəl Şahzad dünən gecə Nyu Yorkun Con Kennedi beynəlxalq aeroportunda həbs edilib

Keçən həftə Nyu York şəhərinin Times Square meydanında maşına yerləşdirilmiş bomba hücumu həyata keçirilməsində əli olduğu deyilən əslən pakistanlı, Amerika vətəndaşı Feysəl Şahzad adlı şəxs bu gün federal məhkəmə qarşısına çıxarılacaq. Birləşmiş Ştatların baş prokuroru Erik Holderin bugünkü açıqlamasında bildirilir ki, 30 yaşılı Feysəl Şahzad dünən gecə Nyu Yorkun Con Kennedi beynəlxalq aeroportunda ölkəni tərk edərək, Dubaya uçmağa hazırlaşarkən ələ keçirilib. Hüquq mühafizə orqanlarının bildirdiyinə görə, qonşu Konnektikut ştatında yaşayan Feysəl Şahzad bomba hücumunda istifadə edilmək üçün 1993-cü ildə istehsal edilmiş Nissan markalı maşını Bricport şəhərində yaşayan bir şəxsdən nəğd pula almışdır.

XS
SM
MD
LG