Accessibility links

Nyu-York şəhərində komendant saatı ləğv edilib


People watch as police arrest protesters for breaking a curfew during a solidarity rally calling for justice over the death of George Floyd, Friday, June 5, 2020, in the Brooklyn borough of New York. Floyd, an African American man, died on May 25…

Nyu-York şəhərində komendant saatı ləğv edilib. Buna şəhər meri Bill de Blasio göstəriş verib.

Polis qəddarlığına qarşı etirazlara görə son onilliklərdə ilk dəfə tətbiq edilən komendant saatı bazar günü də qüvvədə qalmalı idi.

Şəhər koronavirusa görə iki ay bağlı qaldıqdan sonra yenidən açılmağa başlayır.

"Dünən və dünən gecə biz şəhərimizin ən yaxşısını gördük, sabah yeni başlanğıc üçün ilk böyük addım atırıq" deyə, mer bildirib.

Bu addım şənbə günü minlərlə adamın Nyu-York küçələrinə axışaraq irqçiliyə və pois zorakılığına etiraz etməsindən sonra atılıb. Komendan saatında iki saat keməsinə baxmayaraq, insanlar Manhettan və Bruklin küçələrini tərk etməyib.

Nümayişlər afrikalı-amerikalı kişinin polis nəzarəti altında ölməsindən iki həftə sonraya təsadüf edir.

25 mayda Corc Floyd Minneapolis şəhərində öldükdən bəri bir çox Amerika şəhərləri boyunca etiraz nümayişləri vüsət alıb. Floyd polis zabiti Derek Çauvinin onun boynunda dizini 9 dəqiqə saxladıqdan və Floyd ona nəsəf ala bilmədiyini dedikdən sonra ölmüşdü.

Floydun ölümü bir çox qaradərili amerikalıların polis tərəfindən saxlanılarkən ölməsi hallarından sonuncusu idi.

XS
SM
MD
LG