Accessibility links

Nyu-York polisi 200-dən çox nümayişçini həbs edib


Nyu-York polisi 200-dən çox nümayişçini həbs edib
Nyu-York polisi 200-dən çox nümayişçini həbs edib

Dünən Wall Street-i tutun adlı hərəkatın ikinci ayını qeyd etmək məqsədilə keçirilən yürüş zamanı Nyu-York polisi 200-dən çox kapitalizm əleyhdarı nümayişçini həbs edib.

Bu gün səhər polis gözləniləndən kiçik kütlənin şəhərin maliyə rayonuna daxil olmalarının qarşısını ala bilib. Lakin axşama yaxın həmkarlar ittifaqlarının üzvləri Nyu Yorkun Bruklin körpüsündə aksiya keçirən yürüşçülərə qoşulandan sonra kütlənin sayı bir neçə min nəfərə çatıb.

Nümayişin əsasən dinc keçdiyinə baxmayaraq rəsmilər yeddi polis zabitinin nümayişçilərlə toqquşma zamanı xəsarət aldığını deyib.

XS
SM
MD
LG