Accessibility links

Hyustonda ölümcül basırıqla bağlı iki istintaq başladılıb


Hyustonda rep ulduzu Travis Skottun Astroworld musiqi festivalı zamanı azı səkkiz adamın ölümünə və onlarla insanın yaralanmasına səbəb olan ölümcül basırıqla bağlı bazar günü biri cinayət işi olmaqla, iki istintaq başladılıb.

Hyuston rəsmiləri qurbanların meyitlərinin ailə üzvlərinə qaytarılması üçün mümkün qədər tez autopsiya aparıldığını, ölənlərdən bəzilərinin şəxsiyyətlərinin bazar günü elan ediləcəyini bildirib.

Hyuston meri Silvester Törner şənbə günü jurnalistlərə bildirib ki, ölənlər gəncdir: ikisi 14 və 16, ikisi 21, digər ikisi 23, yeddincisi isə 27 yaşındadır. O əlavə edib ki, səkkizinci qurbanın kimliyi hələ müəyyən edilməyib.

Hyuston şəhərinin polis rəisi Troy Finner deyib ki, dinləyicilərdən birinin insanlara narkotik iynə vurması ilə bağlı xəbərlərdən sonra adam öldürmə və narkotik detektivləri tərəfindən cinayət işi açılıb.

Şəhərin yanğınsöndürmə idarəsinin rəisi Samuel Pena konsert iştirakçısı tərəfindən boynuna maddə vurulmuş kimi görünən təhlükəsizlik zabiti də daxil olmaqla, bir neçə konsert iştirakçısının narkotik maddənin həddindən artıq dozası ilə mübarizə aparan Narcan dərmanı ilə həyata qaytarıldığını deyib.

Təxminən saat 21.30-da NRG Parkında baş verən fəlakətdən sonra iki günlük festivalın qalan hissəsi ləğv edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG