Accessibility links

Oğuz Türk: Öncə müstəqillik, sonra federalizm


Son vaxtlar İran İslam Respublikasının yerinə gələcək rejimin mahiyyəti ilə əlaqədar mübahisələrin artması ilə bərabər, mərkəzləşdirici və qeyri-mərkəziyyətçi hökümət növləri olaraq, monarxizm və federalizm haqqında da müzakirələr artıb.

Amerikanın Səsinə danışan Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) üzvü Oğuz Türk isə İranda federalizmin o qədər də qeyri-mərkəziyyətçi bir hökümət sistemi olmadığını irəli sürür.

Oğuz Türk: Öncə müstəqillik, sonra federalizm
please wait

No media source currently available

0:00 0:15:28 0:00

Səfəvilər, Afşarlar və Qacarlar dövründə, bu millətlər bir növ feodal federalizmdən yararlanıblar. Yəni, o dövlətlər elə bərk mərkəziyyətçi dövlət olmamışlar...

“Biz istiqlalçı bir qrup olaraq İranda rejim dəyişikliyini dəstəkləmirik. Biz açıqca millətlərin istiqlalını və azadlığını istəyirik və rejim dəyişikliyi bizim dərdimizə çarə etməz,” siyasi fəal söyləyir.

Son vaxtlar həm federalizm, həm də monarxiya rejimlərini dəstəkləyən siyasi cərəyanlar fəaliyyətlərini artırıb, həmçinin İranın gələcəyi ilə bağlı planlarını müxtəlif platformlarda sərgiləyərək özlərini siyasətin gündəmində tutmağı bacarıblar.

Oğuz Türk hesab edir ki, hər iki rejim növü müxtəlif xalqların hüquqlarını təmin etmək üçün deyil, İranın ərazi bütünlüyünü qorumaq məqsədilə gündəmə gəlib.

O deyir: “Pəhləviçi mərkəzçilərin önündə gəlib federalizm söhbətini ortaya qoyublar. Federalizm daha əvvəl İran İslam Respublikasının parlamentində də gündəmə gəlmiş. Yəni, belə ki, İran Qacar dövründəki kimi ‘əyalətlər və vilayətlər’ şəklində idarə olunsun.”

Toronto şəhərində yaşayan diaspor fəalı Qacarların devrilməsindən bir əsr keçdikdən sonra, artıq şərtlərin federal bir İran dövlətinin təsisi üçün əlverişli olmadığını önə çəkir:

İndiki vəziyyətdə, millətlərin içindən qalxıb və federalizmdən danışmaq bizə biraz qəribə görünür. O millət federalizmdən danışar ki, özünün idarəsi olsun. Özünün məclisi olsun...

“Səfəvilər, Afşarlar və Qacarlar dövründə, bu millətlər bir növ feodal federalizmdən yararlanıblar. Yəni, o dövlətlər elə bərk mərkəziyyətçi dövlət olmamışlar... Amma məsələ budur ki, 57 il iki şahın dövrü və ondan sonra da 40 il İslam Respublikası ilə 100 ilə yaxındır ki, bu millətlər əzilmiş və aradan getmişlər.”

Oğuz Türkün sözlərinə görə, xalqlar öncə müstəqilliklərini əldə etməli və ondan sonra öz iradələri ilə digər xalqlarla bərabər federal bir dövlət təşkil verməyə qərar verə bilərlər.

“İndiki vəziyyətdə millətlərin içindən qalxıb və federalizmdən danışmaq bizə bir az qəribə görünür... O millət federalizmdən danışar ki, özünün idarəsi olsun. Özünün məclisi olsun. Müstəqilliyi bir müddət təcrübə etmiş olsun” - deyə, istiqlalçı fəal bəyan edir.

O, İran müxalifətində qütbləşmənin olduğunu təsdiq etsə də, bu qütbləşmədəki iki tərəfin monarxistlər və federalistlər olduğu fikrinə qatılmır.

Oğuz Türkün dediklərinə görə, “bizə görə, bu qütbləşmənin bir tərəfi mərkəziyyətçilərdir. Yəni onlar ki, hər bir halda İranın bütünlüyünü qorumaq istəyirlər. İndi ya mərkəziyyətçi idarə olunsun, ya da bir az sözdə, süni olaraq etniklər və millətlər dedikləri icmalara bəzi güclər verilsin. Bir tərəfi də onlardır ki, millətlərin azadlığını və istiqlalını istəyirlər.”

XS
SM
MD
LG