Accessibility links

Obama administrasiyası iqtisadi dirçəlişin başladığını deyir


Obama administrasiyası iqtisadi dirçəlişin başladığını deyir
Obama administrasiyası iqtisadi dirçəlişin başladığını deyir

Həftəlik müraciətdə vitse-prezident Joe Biden deyib ki, Chrysler korporasiyası vergiverənlərin borcunu vaxtından altı il əvvəl qaytarıb, və General Motors minlərlə əlavə iş yeri açıb.

Cənab Biden deyir ki, prezident Barak Obamanın əsas diqqəti amerikalıların iş tapmasına yönəlib.

Xatirə Günü ərəfəsində vitse-prezident bütün amerikalıları hərbçi ailələrinə dəstək verməyə çağırıb. O, Amerikanın təhlükəsizlik və azadlığı uğrunda fədakarlıq göstərən oğul və qızlara ehtiram və təşəkkürünü ifadə edib.

Respublikaçıların cavab müraciətində Respublikaçı Konqresmen Eric Cantor da azadlıq uğrunda canlarından keçmiş hərbçilərin xatirəsini yad edib. O, sadə amerikalıların hökumətdən asılılığının azaldılmasının vacibliyini vurğulayıb. Cənab Cantor hökuməti vergiləri endirməyə və bizneslərin fəaliyyətini əngəlləyən nizamlamaları aradan qaldırmağa səsləyib.

XS
SM
MD
LG