Accessibility links

Obama BMT-nin Baş Assambleyasında prezidentliyi dövrü sonuncu dəfə çıxış etdi


ABŞ prezidenti Barak Obama BMT-nin Baş Assambleyasında çıxış edir
ABŞ prezidenti Barak Obama BMT-nin Baş Assambleyasında çıxış edir

ABŞ prezidenti Barak Obama BMT-nin Baş Assambleyasında prezidentliyi dövrü sonuncu dəfə çıxışında deyib ki, "qloballaşma bizi birləşdirdiyi kimi, eyni zamanda aramızdakı fərqləri də aşkar edib."

Obama beynləlxalq nizamda dərin fərqlərin kütləvi qaçqın böhranı, iqtisadi tənəzzül və təhlükələrə yol açması ilə bağlı xəbərdarlıq edib.
Yanvar ayında hakimiyyətdən gedəcək Obama səkkiz illik prezidentliyi dövrü yoxsulluq səviyyəsinin azaldılması, İranın nüvə proqramı ilə bağlı problemin həlli, Kuba ilə münasibətlərin bərpası və iqlim dəyişikliyi ilə bağlı beynəlxalq razılaşma da daxil olmaqla əldə edilmiş inkişaflardan danışıb.

"Biz görürük ki, bir sıra hökumətlər jurnalistləri susdurur, fərqli düşünən insanları təqib edir və informasiya axınının qarşısını alır."-ABŞ prezidenti Barak Obama

Prezident Obama Yaxın Şərqdə adi qaydaların pozulmasından tutmuş, müasir cəmiyyətlərdə qeyri--müəyyənlik və narahatlıqlara kimi dövrün əsas sınaqlarını qeyd edib.

"Biz görürük ki, bir sıra hökumətlər jurnalistləri susdurur, fərqli düşünən insanları təqib edir və informasiya axınının qarşısını alır. Terror şəbəkələri sosial media vasitəsilə gənclərin ağlını ovlayaraq, açıq cəmiyyətləri təhlükə qarşısında qoyur və günahsız immiqrantlar və müsəlmanları qarşı qəzəbin güclənməsinə çalışır. Qüdrətli dövlətlər beynəlxalq qanunla onların üzərindəki məhdudiyyətlərə etiraz edir. Bu, bizim dünyamızı bu gün müəyyən edən bir paradoksdur"-deyə prezident Obama bildirib.

Prezident Barak Obama BMT-nin Baş Assambleyasının sessiyasında Baş katib Pan Gi Munla görüşür
Prezident Barak Obama BMT-nin Baş Assambleyasının sessiyasında Baş katib Pan Gi Munla görüşür

Obama Suriya böhranı bağlı deyib ki, burada hərbi qələbə mümkün deyil və diplomatik həll yoluna üz tutulmalıdır.

Çərşənbə axşamı günü BMT-də liderlərin sammitinə ev sahibliyi etməzdən əvvəl Obama dünya ölkələrini qaçqın probleminin həlli üçün daha çox iş görməyə çağırıb.

BMT-nin Baş katibi Pan Gi bu gün daha öncə Baş Assambleyanın sessiyasının açılışında Suriyada münaqişənin sona çatdırılmasına çağırıb.

"Siyasi keçidin vaxtı çoxdan gəlib çatıb. Bu qədər zorakılıq və pis idarəçilikdən sonra Suriyanın gələcəyi bir nəfər adamın taleyindən asılı olmamalıdır."-BMT-nin Baş katibi Pan Gi Mun

"Bu gün bu zalda Suriya münaqişəsində bütün tərəflərin mülki vətəndaşlara qarşı törətdiyi vəhşilikləri rədd edən, yardım edən, maliyyəşdirən, iştirak edən, həttat planlaşdırıb həyata keçirən hökumətlərin nümayəndələri var. Bir çox qruplar günahsız mülki vətəndaşları qətlə yetirib...Suriya hökuməti də hamıdan çox"-deyə Pan Gi Mun qeyd edib.

BMT-nin Baş katibi bazar ertəsi humanitar yardım konvoyuna 20 adamın ölümülə nəticələnmiş hücumdan sonra Suriya prezidenti Bəşar Əl-Əsədi öz tənqidlərinin əsas hədəfinə çevirib.

Birləşmiş Millətlər Təşkilatı hücuma görə bütün yardım konvoylarını dayandırmağa məcbur olub.

"Siyasi keçidin vaxtı çoxdan gəlib çatıb. Bu qədər zorakılıq və pis idarəçilikdən sonra Suriyanın gələcəyi bir nəfər adamın taleyindən asılı olmamalıdır"-deyə Pan Gi Mun bildirib.

XS
SM
MD
LG