Accessibility links

Prezident Obama seçki kampaniyalarına maliyyənin məhdudlaşdırılmasına dair qanunu qəbul etməyə çağırır


Bu gün həftəlik radio müraciəti zamanı cənab Obama deyib ki, demokratlar və respublikaçılar bundan öncə korporasiyalar və birliklərin seçkilərə sərf etdiyi maliyyənin məhdudlaşdırılmasına dair razılıq əldə etmişdi.

ABŞ prezidenti Barak Obama deyib ki, respublikaçılar korporasiyalar və birliklərin kampaniya reklamlarına sərf etdiyi maliyyənin məhdudlaşdırılmasını nəzərdə tutan qanunun qarşısının alınmasına son qoymalıdır. Bu gün həftəlik radio müraciəti zamanı cənab Obama deyib ki, demokratlar və respublikaçılar bundan öncə korporasiyalar və birliklərin seçkilərə sərf etdiyi maliyyənin məhdudlaşdırılmasına dair razılıq əldə etmişdi. O bildirib ki, onun administrasiyası Ali Məhkəmənin xüsusi maraqları təmsil edən qruplar və xarici şirkətlərin prezident və konqres seçkilərində reklamlara maliyyə ayırmasına imkan verən qərarındakı boşluqları bağlamağa çalışır. Lakin o deyib ki, Konqresdəki respublikaçılar maliyyəni məhdudlaşdıracaq və reklam kampaniyalarını maliyyələşdirən şəxslər və qurumların daha böyük hissəsinin adlarının açıqlanmasını tələb edən qanuna hələ də “yox” deyirlər. Respublikaçılar öz həftəlik müraciətlərində partiyanın hökumət xərclərini azaltmaq və vergiləri artırmaq planlarını dondurmaq planlarına həsr ediblər.

XS
SM
MD
LG