Accessibility links

Barak Obama senatorlara müraciət edib


Bü gün ABŞ prezidenti Ağ Evdə günün sonu qüvvəyə minəcək büdcə ixtisarlarının qarşısını almaq üçün respublikaçı və demokrat millət vəkilləri ilə görüş keçirib.

Barak Obama deyib ki, avtomatik ixtisar planının qüvvəyə minməsinin arbitrar və ağılsızlıq olmaqla yanaşı, insanlara işlərini itirməsi bahasına başa gələcək.

Görüşdən sonra Nümayəndələr Platasının spikeri Con Beyner müzakirələrdə yeni bir təklif səslənmədiyini bildirib.

Dünən Senatda 85 milyardlıq avtomatik büdcə xərclərinin ixtisarı ilə bağlı razılıq əldə edilmədikdən sonra bugünkü görüşün simvolik əhəmiyyət daşıdığı deyilir.

Prezident Obama deyib ki, ixtisarların federal idarələr, əsasən də müdafiə, infastruktur, dövlət, məktəb və başça xərclərə dərhal təsir göstərməsə də geriləməni müəyyən bir vaxtdan sonra hiss edəcəyik.

Nəhəng infrastruktur lahiyələrinin maliyyələşdirilməsi dayandırıldığında müdafiə sahəsində çalışanların məcburi odənişsiz tətilə göndəriləcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG