Noyabr ayında ABŞ Konqresinə ara seçkilər keçirilir. Lakin demorkatların çoxu prezident Barak Obamadan siyasi məsafə saxlamağa çalışır. Cənab Obamanın reytinqi 40 faizdən aşağı enib, bu da demokratların Senatda üstünlüyü saxlamasına mane ola bilər.
Mühacirət böhranının daxili siyasət məsələləri arasında dominantlığına baxmayaraq, prezident Obama əsas diqqəti iqtisadiyyat və Vaşinqtonda yaranmış siyasi duruma yönəldir. Barak Obama: “Mən nə zaman və harada olsa sizin kimi ailələrə kömək etmək üçün Konqres bir şey etməsə də gücüm və səlahiyyətlərim olduqca bu imkandan istifadə edəcəm. Mən nəyə isə nail olmağa çalışacam.”
Cənab Obama Nümayəndələr Palatasında respublikaçıların onu icraedici hakimiyyətdən istifadə etdiyinə görə məhkəmə vermək planlarını rədd edib.
Barak Obama:”Siz onların nə dediyini eşitmisinizmi? Onu məhkəməyə verək, impiç edək. Həqiqətənmi? Nəyə görə? Mənim iş gördüyümə görə məhkəməyə verəcəksiniz?”
Respublikaçılar prezidenti ABŞ-ın cənub sərhəddinin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər iş görməməkdə günahlandırır.
Spiker Con Beyner:”Bu, prezidentin özünün yaratdığı bir problemdir! O, beş il yarımdır prezidentdir? Nə zaman nəyə görəsə məsuliyyəti öz üzərinə götürücək?”
Prezident həm də Mərkəzi Amerikadan gələn mühacir uşaqları müdafiə edən konqresmen Luis Qutierres kimi liberal demokratlar tərəfindən də təzyiqlə üzləşir.
Luis Qutierres:”Mən prezidentin büdcəyə dair planını dəstəkləyirəm, lakin biz uşaqlar üçün ədaləti təmin etməliyik.”
Prezidentin zəif reytinqləri demokratlar üçün noyabr seçkilərində yaxşı əlamət deyi. Siyasi təhliçi Çarli Kuk:”Ara seçkilərdə prezidentdən razı olanların sayı 50 faizdən aşağı, ondan narazı olanların sayı isə 50 faizədən yuxarı olanda bu, problem deməkdir.”
Təhlilçi Con Fortier deyir ki, respublikaçılar gələn il həm Nümayəndələr Palatası, həm də Senata nəzarəti ələ ala bilər.
Con Fortier:”Onlar əksəriyyət əldə etmək üçün altı yer qazanmalıdır, lakin onların Senatda 50 və hətta Nümayəndələr Palatasında da bir neçə yer alması üçün yaxşı şansları var.”
Təhlilçi Çarli Kuk deyir ki, prezident Obamanın ikinci dönəm hakimiyyəti müasir tarixə uyğun olaraq davam edir.
“Altı, yeddi, səkkiz il hakimiyyətdə olursunuz, sonra yanacaq bitir və pis şeylər baş verməyə başlayır.”
Prezident Obama isə artıq Konqresə seçki əhvalındadır, lakin onun köməyini nə qədər demokratın alqışlayacağı məlum deyil.