Accessibility links

Obama: İran hələ nüvə silahı istehsal etmək qabiliyyətinə malik deyil


ABŞ prezidenti Barak Obama deyib ki, Amerika kəşfiyyat məlumatları İranın bir il, ya da bundan artıq müddət ərzində nüvə silanı istehsalı etmək qabiliyyətinə malik olmadığını göstərir.

Assoşieyted Press agentliyinə müsahibə verən cənab Obama ABŞ-ın təxminlərinin İsraildən fərqli olduğunu etiraf edib. İsrail İranın nüvə silahı istehsalına çox yaxın olduğunu iddia edir.

Prezident Obama bildirib ki, dünya İran prezidenti Həsən Ruhaninin nüvə proqramı ilə bağlı mübahisənin diplomatik yolla həlli məsələsində ciddi olub-olmadığını imtahan etməlidir.

Prezident Obama və İranın prezidenti Həsən Ruhani arasında sentyabrın 30-da telefon söhbəti olub. Bu, son 30 ildən artıq bir müddətdə ABŞ və İran liderləri arasında ilk belə təmasdır.
XS
SM
MD
LG