Accessibility links

Barak Obama Pennsilvaniya və Ohayo ştatlarında kampaniya aparır


ABŞ prezidenti Barak Obama ikigünlük avtobus turnesini davam etdirir. O, noyabr ayı seçkilərində böyük əhəmiyyət kəsb edən Pennsilvaniya və Ohayo ştatlarında kampaniya aparır.

Hökumətin bu gün açıqladığı hesabatda ABŞ-ın əmək bazrlarında 80 min yeni iş yerinin açıldığı bildirilir.

Dünən Ohayonun Toledo şəhərində danışan prezident deyib ki, hökuməti Amerikanın avtomobil sənayesinə ziyan vuran siyasətə görə Çinin hesab verməsini tələb edəcək.

Prezident Obama səfəri zamanı orta sinif amerikalılara dəstək verdiyini nümayiş etdirir.

Rəy sorğularına görə, prezidenr respublikaçı rəqibi Mitt Romnidən cüzi fərqlə irəlidədir.

ABŞ dövlət başçısı Mitt Romninin özəl investisiya şirkətinə rəhbərlik etdiyi vaxtla bağlı sual qaldıracaq. Romninin tənqidçiləri bu kimi şirkətlərin işləri xaricə köçürdüyündən şikayətlənir.

Barak Obmanaın turnesi ABŞ Ali Məhkəməsinin onun səhiyyə islshatları planını təsdiq etməsindən bir neçə gün sonraya təsadüf edir. Plana əsasən 30 milyon sığortasız amerikalı tibbi yardımla təmin ediləcək.

Obamanın opponetləri islahatları qeyir-konstitusion adlandırır. Onların fikrincə, Konqres heç kimi tibbi sığorta almağa məcbur etməməlidir.
XS
SM
MD
LG