Accessibility links

Prezident Obama tornadodan zərər çəkmiş Oklahoma ştatına səfər edib



Prezident Obama keçən həftə dağıdıcı tornadodan sonra dəymiş zərər və fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin gedişi ilə tanış olmaq üçün Oklahoma ştatına səfər edib.

ABŞ prezidenti 24 nəfərin həlak olması, 200-dən çox insanın isə yaralanması ilə nəticələnmiş təbii fəlakətdən zərər çəkmiş Mur şəhərin sakinləri ilə görüşəcək. Tornado Mur şəhərinin bəzi hissələrini tamamilə dağıdıb.

41 min nəfər əhalisi olan Mur Oklahoma Siti şəhərindən təxminən 15 kilometr məsafədə yerləşir.

Prezident Obama Mur şəhərini fəlakət zonası elan edib və şəhərin bərpası üçün lazım olan hər hansı bir yardımın ediləcəyinə söz verdi.

Keçən həftənin bazar ertəsi baş vermiş tornado ən güclü kateqoriya aid edilib. Tornado baş verən zaman küləyin sürəti saatda 322 kilometrdən çox olub.

Tornadonun vurduğu zərər təxminən 2 milyard dollar kimi qiymətləndirilir.
XS
SM
MD
LG