Yeni rəy sorğuları göstərir ki, amerikalılar ABŞ prezidenti Barak Obamanın iqtisadi problemləri həll etməsindən daha çox, onun ali baş komandan kimi rolundan razıdırlar. Quinnipek universitetinin keçirdiyi sorğuya əsasən, respondentlərin 49 faizi prezident Obamanın Əfqanıstan müharibəsini aparmasına dəstək verir. Sorğuda iştirak edənlərin 55 faizi onun ABŞ hərbi qüvvələrinin ali baş komandanı kimi vəzifələrini icra etməsindən razıdır. Lakin prezidentin iqtisadi məsələləri həll etməsinə gəldikdə, respondentlərin 56 faizi ona dəstək verməyib, yalnız 39 faizi ondan razı qaldıqlarını bildiriblər. Qalanları buna münasibət bildirməyiblər.