Accessibility links

Prezident Obama pravoslav xristianları Pasxa münasibətilə təbrik edib



ABŞ prezidenti Baraka Obama özü və birinci xanım Mişel Obamanın adından pravoslav xristianlara Pasxa münasibətilə təbriklərini çatdırıb.

“Mişel və mən bu istirahət günlərində Amerikada və bütün dünyada Pasxanı qeyd edən pravoslav xristian icmasının üzvlərinə ən gözəl arzularımızı çatdırırıq.

Milyonlarla pravoslav xristian üçün bu, sevinc dolu bir vaxtdır. Lakin bu eyni zamanda, əbədi həyata qovuşa bilməyimiz üçün İsa Məsihin gətirdiyi qurbanı da bizə xatırladır. Onun nifrət qarşısında məhəbbəti, çarəsizlik qarşısında ümidi seçməsi bizim üçün hər zaman nümunə olmalıdır. Özü də biz bunu bu il pravoslav xristianların xüsusilə Yaxın Şərq və Şimali Afrikada təqib və zorakılıqlarla qarşılaşdığı vaxt daha yaxşı yadda saxlamalıyıq.

Əsrlərlə bu region və bütün dünya Misir, Livan, Suriya və İraq kimi ölkələrdə pravoslav xristianların verdiyi töhfələrə görə zənginləşmişdir. Bir xalq olaraq, biz din azadlığı da daxil olmaqla, unuversal insan hüquqlarının müdafiəsi işinə sadiqliyimizi bir daha təkrar etmək istəyirik. Bu ümid və dirçəliş vaxtı fəda verilmiş sevginin təbəddülat (böyük dəyişiklik-red) gücünü tərənnüm edirik",-deyə ABŞ prezidenti Barak Obamanın təbrikində bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG