Accessibility links

Barak Obama Rusiyanın Snoudenə sığınacaq verməsindən narazıdır


Birləşmiş Ştatlar prezidenti Barak Obama Rusiyanın gizli izləmə proqramları ilə bağlı məlumatları açıqlayan ABŞ-ın sabiq kəşfiyyat kontraktoru Edvard Snoudenə sığınacaq verməsindən narazılığını bildirib.

NBC telekanalının "Tonight Show" proqramında nümayiş etdirilən videoda cənab Obama deyib ki, ABŞ-la Rusiya arasında ekstradasiya ilə bağlı rəsmi müqavilə olmasa da, Birləşmiş Ştatlar Rusiya ilə əvvəllər də belə məsələlərdə əməkdaşlıq etməyə çalışmışdı.
ABŞ prezidenti onu da əlavə edib ki, bəzən Rusiya geriyə, Soyuq Müharibə dövrlərindəki fikirlərə qayıdır.

Prezident Obama sentyabr ayında Sankt-Peterburqda keçiriləcək Böyük 20-lərin sammitində iştirak etməyi planlaşdırdığını deyib.
Prezident Obamanın Rusiya prezidenti Vladimir Putinlə görüşməyəcəyi bildirilir.

Rusiyanın homoseksuallarla bağlı təbliğatlara qadağa qanunu ilə bağlı sualı cavablandıran cənab Obama xarici ölkələrin homoseksualları diskriminasiyaya məruz qoyan qanunlarına zidd olduğunu deyib.
XS
SM
MD
LG