Accessibility links

Obama Putinlə görüşü təxirə saldı



ABŞ prezidenti Barak Obama gələn ay Moskvada Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılmış görüşünü təxirə salıb.

Ağ Evin bildirdiyinə görə, cənab Obama Böyük 20-lərin Sank-Peterburqda iqtisadi sammitinə qatılmaq üçün Rusiyaya səfər etməyi planlaşdırır. Sammitdən öncə ABŞ prezidenti İsveçə iki günlük səfər edəcək.

Obama administrasiyası Rusiyanın Birləşmiş Ştatlarda məxfi izləmə proqramları haqda məlumatları ictimaiyyətə açıqlayan ABŞ-ın kəşfiyyat agentliyinin keçmiş kontraktoru Edvard Snoudenə keçən həftə müvəqqəti sığınacaq verməsini ciddi narazılıq hissi ilə qarşılayıb. Cənab Obama Rusiyadan ABŞ-da casusluq ittihamlarının irəli sürüldüyü Snoudenin təhvil verilməsini istəmiş, lakin cənab Putin bu müraciəti rədd etmişdir.

Ağ Ev Obama-Putin görüşünün iki ölkə arasında fikir ayrılıqlarına səbəb olan məsələlərin həllində kifayət qədər inkişaf olmadığına görə təxirə salındığını bildirib. Rəsmi Vaşinqton məsələlər ətrafında daha çox razılıq əldə edilənə qədər sammitin təxirə salınmasını məqsədəuyğun hesab etdiyini bəyan edib.

Rusiya prezidenti Vladimir Putinin xarici siyasət məsələləri üzrə baş müşaviri Yuri Uşakov Rusiyanın cənab Obamanın qərarını dəyişməsini təəssüf hissi ilə qarşıladığını bildirib. Bununla belə, Uşakov cənab Obamanın cənab Putinlə görüşmək üçün dəvətin qüvvədə qaldığını deyib.

Son həftələr ABŞ və Rusiya arasında Avropada raketlərdən müdafiə sisteminin yerləşdirilməsi, insan hüquqlarının vəziyyəti və Rusiyadan Suriya prezidenti Bəşar Əl-Əsədə onu hakimiyyətdən devrilməsinə çalışan üsyançılara qarşı mübarizədə istifadə etmək üçün silah göndərilməsi kimi məsələlərlə bağlı fikir ayrılıqlarının mövcud olduğunu müşahidə edilir.
XS
SM
MD
LG