Accessibility links

Barak Obama : Qatilin bağışlanması Amerika xalqının xoş məramını əks etdirir


Öldürülən 9 nəfərin ailə üzvləri Dilan Rufu bağışladıqlarını bildirib

ABŞ prezidenti qaradərililərin kilsəsində öldürülənlərin qatili bağışlamaq istəyən ailə üzvlərinin qərarından mütəəssir olduğunu bildirib. Barak Obama deyib ki, onların qatili əfv etməsi inanılmaz bir qərardır və bu, Amerika xalqının xoş məramını əks etdirir.

ABŞ dövlət başçısı bildirib ki, baş verənlər Amerikada hələ də irqçilik probleminin mövcud olduğunu göstərir. Prezident bu kimi halların normal qarşılanmasını sitəmədiyini, lakin Konqresin silahlarla bağlı qanunu nəzərdən keçirəcəyinə şübhə ilə yanaşdığını deyib.

Cənubi Karolina ştatının Çarlston məhkəməsində öldürülən 9 nəfərin ailə üzvləri əzizlərinin əllərindən alındığını deyib, lakin Dilan Rufu bağışladıqlarını bildirib.

Prosesi kiçik bir otaqda video vasitəsi ilə izləyən Ruf 9 maddə üzrə qətl törətməkdə ittiham edilir.

Qətliamın qurbanları 87 yaşlı qadın daxil edilmklə, 6 qadın və 3 kişidir. Hadisə zamanı 3 nəfər xəsarət alıb.

Maşınla hadisə yerindən qaçan 21 yaşlı Ruf Şimali Karolina ştatında ələ keçirilib.

Onun məhkəməsinin növbəti sessiyası oktyabr ayına təyin edilib.

Federal rəsmilər qətllə bağlı istintaqın daxili terrorizm və nifrət zəminində cinayət kimi aparıldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG