Accessibility links

Barak Obama: 2009-cu ildən bəri tədris sahəsində 300 min iş yeri itirilib


ABŞ prezidenti Barak Obama 2009-cu ildən bəri tədris sahəsində 300 min iş yerinin itirildiyini bildirib. Həftəlik radio müraciəti zamanı prezident deyib ki, Konqres bu sahədə heç bir iş görməyib.

O, respublikaçı nümayəndələrin müəllimlərin iş yeri ilə təmin edilməsi barədə qanun layihəsini rədd etdiyini bildirib.

ABŞ dövlət başçısı onların milyoner və milyarderləri vergi ixtisarından qoruyan qanun layihəsini dəsklədiyini deyib.

Cənab Obama Ağ Evin məktəblərdə riyaziyyat və elm proqramlarının inkişafı, habelə milyonlarla ali məktəb tələbəsinin kreditlərlə təmin edilməsi təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb.

Respubliakçıların həfətlik müraciəti zamanı Missuri ştatından respublikaçı nümayəndə Viki Hartzler demokratlar və prezidenti fəlakətlərə cavab proqramını bərpa etməməkdə günahlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG