ABŞ prezidenti deyib ki, Amerika xalqı ciddi işlədiyi kimi siyasətçilərin də ciddi işləməsini istəyir.
Barak Obama Senatın Respublikaçıların nəzarəti əlinə alması və Nümayəndələr Palatasında üzvlərinin sayını artırmasından sonra çərşənbə günü Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edib.
Prezident Respublikaçıları qələbə münasibətilə təbrik edib.
Barak Obama belə bir seçim etməklə Amerika xalqının Vaşintonun çox da yaxşı işləmədiyinə inandığını və onu məsuliyyətə çağırdığını deyib.