Accessibility links

Obama Trampın müsəlmanlarla bağlı açıqlamalarını tənqid edir


Respublikaçıların Cənubi Karolina ştatında debatından öncə prezident Barak Obama namizədlər arasında irəli gedən Donald Trampın açıqlamalarını tənqid edib.

Omaha şəhərində Nebraska universitetinin tələbələri qarşısında çıxışı zamanı Obama Trampın müsəlmanların Birləşmiş Ştatlara gəlişinə qadağa qoyulması ilə bağlı dediklərinə münasibət bildirib.

“Siyasətçilər müsəlmanları, o cümlədən, Amerika müsəlmanlarını və hərbi formada bizim adımızdan döyüşən amerikalı müsəlmanları təhqir etdikdə, məscid dağıdılanda və uşaq qorxudulanda bu, bizi daha təhlükəsiz etmir”-deyə prezident Obama bildirib.

Florida ştatında kampaniya aparan Donald Tramp Obama haqda bir söz deməyib, əsas tənqidlərini rəqibi Ted Kruza yönəldib.

Donald Tramp Kanadada anadan olduğuna görə Kruzun Respublikaçılar partiyasından prezidentliyə namizəd kimi kvalifikasiyası ilə bağlı sual qaldırıb.

Respublikaçılar partiyasından prezidentliyə namizədlərin növbəti debate Ayova ştatında seçki ilinin ilk böyük tədbiri olan kokusa üç həftədən az vaxt qaldığı zaman keçirilir.

Kokus zamanı ştat sakinləri Respublikaçıların qurultaına nümayəndələrini seçmək üçün yerli qruplarda səs verir.

Nümayəndələr prezidentliyə nominasiya ediləcək namizədin seçilməsində mühüm səs malikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG