Xalqa illik müraciətində prezident Obama seciciləri maraqlandıran əsas məsələlər – silahlar, iş yerləri və müharibə haqda danışıb.
Prezident Obama on il müharibədən sonra hərbi formada olan qadın və kişilərin vətənə dönəcəyini bildirib.
Cənab Obama Əfqanıstanda yerləşdirilmiş hərbi qüvvənin yarısını təşkil edən 34 min əsgərin gələn il bu vaxt vətəndə olacağını deyib.
Prezidentin sözlərinə görə, bununla növbəti iki ilə ərzində ABŞ silahlı qüvvələrinin Əfqanıstandan tamamilə çıxarılması və eyni zamanda əfqan hökumətinə öz silahlı qüvvələrini gücləndirmək üçün təlim verilməsi prosesinin başlanacaq.
İş yerlərinə gəldikdə, cənab Obama Amerikada biznes sahəsində altı milyon yeni iş yerinin açıldığını qeyd edib. “Bizim nəsil qarşısında duran vəzifə Amerikada iqtisadi artımın mühərrikini yenidən işə salaraq, orta sinfin çiçəklənməsinə nail olmaqdır”-deyə prezident Obama bildirib.
Hər il prezident illik müraciətini etdiyi zaman Konqresin zalı qanunvericilərlə dolu olur . Buraya qonaqlaq da dəvət olunur. Bu il dəvət olunmuş qonaqlar arasında silahlı zorakılıq nəticəsində ailə üzvlərini itirən insanlar da var idi. Prezident Obama silahlara nəzarətə dair ölçülərin götürülməsinə çağırdı.
Mühacirətdən danışanda prezidentin çıxışı hər iki partiyanın nümayəndələri tərəfindən alqışlarla qarşılanıb. Cənab Obama ölkədə 11 milyon qeyri-qanuni mühacirin vətəndaş olması üçün qanuni yolun açılmasına çağırıb.
Respublikaçılar partiyasının prezidentin illik hesabat məruzəsinə cavabı ilk dəfə olaraq ingilis və ispan dillərində verilib.
Florida senatoru Marko Rubio mühacirət islahatlarından danışaraq deyib ki, islahatlar hüquq-mühafizə orqanlarından başlamalıdır. “Biz əvvəllər verilmiş vədlərə əməl etməliyik. Sərhədlərimizi və qanunlarımızı gücləndirməliyik”-deyə o bildirib.