Accessibility links

Barak Obama Kuba və ABŞ səfirliklərinin açılacağını elan edib


Bu, iki ölkə arasındakı düşmənciliyə son qoymaq üçün atılan ən son addımdır

ABŞ Prezidenti Barak Obama çərşənbə günü bildirib ki, Birləşmiş Ştatlar və Kuba diplomatik əlaqələri bərpa etmək razılığına gəliblər və ölkələr bu ayın sonu Vaşinqton və Havanada səfriliklərini açmağı planlaşdırır. Bu, iki ölkə arasında davam edən düşmənciliyə son qoymaq üçün atılan ən son addımdır.

Prezident Obama deyib ki, dövlət katibi Con Kerri bu yay Havanaya səfər edərək son 50 ildə ilk dəfə açılacaq ABŞ səfirliyi üzərində Amerika bayrağını qaldıracaq.

ABŞ-ın ticarət embarqosu və Kubanın insan haqları vəziyyəti əlaqələrin tam bərpa olunmasının qarşısını alan məsələlərdir. İki ölkə arasında münasibətlər Fidel Kastro inqilabından sonra pozulub.

Dekabr ayında Barak Obama və Raul Kastro əlaqələri bərpa edəcəklərini açıqlayıblar. Ölkə liderləri apreldə Panamada keçirilən Amerika Sammitində üz-üzə görüş keçiriblər.

İki ölkə arasında kommersiya, hava və bərə xidmətləri bərpa olunur, eləcə də kommunikasiya məhdudiyyətləri aradan qaldılır. Buna baxmayaraq ABŞ vətəndaşları Kubaya hələ də məhdud şərtlər altında gedə bilərlər.

May ayında ABŞ-ın Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarması isə diplomatik əlaqələrin bərpası üçün atılan vacib addım hesab edilir.

Obamanın Soyuq Müharibə dövründən davam edən hüsuməti bitirmək səyləri Konqresdə böyük müqavimətlə qarşılanır. Bir çox qanunverici prezidenti Kubanın bərbad insan haqları vəziyyətini qözardı etməkdə günahlandırır. Respublikaçıların nəzarət etdiyi Konqres Kubada yeni səfirliyin açılmasının maaliyyələşdirməsini rədd, cənab Obamanın yeni səfir seçməsinə isə mane ola bilə bilər. Konqresin Obamanın Kubaya qarşı tətbiq olunan embarqonu ləğv etməsinə də razı olmayacağı güman edilir.

Kuba qaçqınların ibarət çoxsaylı əhalisi olan Florida ştatının Nümayəndələr Palatasında Respublikaçı təmsilçisi İleana Ros-Lehtinen çərşənbə axşamı bəyanat verib. Bəyanatda o, ABŞ-ın Kubadakı səfirliyinin Kuba xalqına kömək etməyəcəyini və bunun Prezident Obamanın irsini genişləndirmək uğrunda növbəti addım olduğunu deyib.

Hətta səfirliklər açılandan sonra belə ABŞ və Kuba hökümətləri bir sıra həssas məsələlərlə üzləşəcəklər. Bunların sırasına isə ABŞ-ın Kubadan insanlara daha geniş insan haqları tanımaq tələbləri daxildir.

Ötən həftə Vaşinqton illik insan haqları hesabatını dərc edib. Hesabatda Kubanın 2014-cü ildə təməl azadlıqları pozduğu qeyd edilib ki, bunlara dissidentlərin həbsi, habelə senzurasız və müstəqil informasiyaya çıxışı məhdudlaşdırmaq daxildir.

Bir aralar Kuba iqtisadiyyatı ABŞ turizmi və sərmayəsindən asılı idi. Amerikanın zənginləri orada müxtəlif bahalı otel, kazino və sahilyanı kurortlarda istirahət edirdi.

Lakin Fidel Kastronun 1959-cü ilin yeni il gecəsi Prezident Fulgensio Batistanı devirərək, kommunist diktaturası qurub, ABŞ aktivlərini ələ keçirməsindən sonra münasibətlər kəskin bir şəkildə pozuldu. İki il sonra ABŞ Havana ilə diplomatik əlaqələri kəsdi və 1962-ci ildə ölkəyə tam iqtisadi embarqo tətbiq etdi.

Kuba iqtisadi və hərbi yardım üçün Sovet İttifaqına arxalanırdı. Moskva Kubadan istifadə edərək, ABŞ-ın Türkiyədə raket düzəltməsinə cavab olaraq adada nüvə raketi buraxma məntəqələri inşa etdi.

1962-ci ilin oktyabr ayında iki superqüdrət arasında qarşıdurma Karib böhranı kimi tanındı və demək olar ki, dünyanın nüvə ilə məhvinə gətirib çıxaracaqdı ki, Vaşinqton və Moskva son anda geri çəkilməyə razılaşdılar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG