Accessibility links

Obama: Rusiya ordusunun Ukraynada mövcudluğu beynəlxalq qanunun pozulmasıdır



ABŞ prezidenti Barak Obama Vaşinqtonda Pouell adına məktəbdə görüş zamanı Ukraynada vəziyyətlə açıqlama verib. Cənab Obama deyib ki, onun administrasiyası suveren, müstəqil xalqın öz həyatı ilə bağlı qərarları özünün verməli olduğuna inanır.

ABŞ prezidenti Rusiyanın hərbi aksiyalarını tənqid edərək, bunun beynəlxalq qanunun pozulması olduğunu deyib. Cənab Obama deyib ki, Rusiyanın qonşu ölkədə baş verənlərlə bağlı legitim maraqlarının olduğu başa düşülsə də, bu, ölkənin daxili işlərinə müdaxilə etmək məqsədilə hərbi gücdən istifadə edilməsi hüququ vermir.

Obama administrasiyası Ukraynaya yardım məqsədilə 1 milyard dollar məbləğində subsidiya paketi ayırdığını bəyan edib. Birləşmiş Ştatlar Moskvanın hərbi qüvvələrini Ukraynada yerləşdirilməsi ilə bağlı narahatlıqlar fonunda iqtisadi sanksiyaların tətbiq edilməsi məsələni nəzərdən keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG