Accessibility links

Barak Obama: Sanksiyalar Ukraynanın ərazi bütövlüyünü pozanlara şamil edilir


ABŞ prezidenti Barak Obama Krıma hərbi müdaxiləyə cavab olaraq tətbiq edilən yeni sanksiyaların Rusiyaya baha başa gələcəyini və yarımadada Rusiya ilə birləşməyə dair planlaşdırılmış referendumun beynəlxalq qanuna və Ukrayna konstitusiyasına zidd olduğunu deyib.

Ağ Evdə müxbirlərlə görüşü zamanı Barak Obama deyib ki, sanksiyaların tətbiqinə dair bu gün imzaladığı sənəd Ukraynanın ərazi bütövlüyünü pozanlara və Ukrayna xalqının mülkiyyətinə göz dikənlərə şamil ediləcək.

ABŞ dövlət başçısı qərarın Avropadakı müttəfiqləri ilə koordinasiyalı şəkildə verildiyini deyib. Prezident mart ayının 16-na təyin edilən Krımın Rusiya ilə birləşməsinə dair referendumunun beynəlxalq qaydalara zidd olduğunu bildirib.

Barak Obama Ukrayna ilə bağlı hər bir addımın Ukraynanın legitim hökuməti ilə atılmalı olduğunu vurğulayıb.

ABŞ Ukraynaya hədə olan ruslar və krımlılara qarşı viza məhdudiyyətləri tətbiq edib.

Barak Obama Ukrayanın demokratik təsisatlarına təhlükə olan qruplar və fərdlərə qarşı sanksiyaların tətbiqinə dair sənədə imza atıb. Bundan əlavə ukraynalıların ABŞ-dakı hesablarıda dondurulub.
XS
SM
MD
LG