Accessibility links

Obama Çikaqodan Amerika xalqına vida mesajı ilə çıxış edəcək


ABŞ prezidenti Barak Obama bu axşam Çikaqo şəhərindən Amerika xalqına vida mesajı ilə çıxış edəcək.

Obama çıxışında səkkiz il hakimiyyətdə olduğu müddətdə əldə etdiyi nailiyyətlərdən danışacaq. Ağ Evin yüksək səviyyəli müşaviri Valeri Carret müxbirlərlə söhbətində bildirib ki, prezident Obama eyni zamanda, "demokratiya naminə mübarizəni davam etdirən insanları ruhlandırmağa" çalışacaq.

ABŞ prezidenti vida mesajını müstəsna siyasi karyerasına başladığı Çikaqo şəhərinin Makkormik mərkəzindən (McCormick Place) verəcək. Minlərlə insanın Obamanın vida mesajını dinləmək üçün mərkəzə toplaşacağı gözlənilir.

Çikaqolular prezident Barak Obamanın vida mesajını dinləmək üçün Makkormik mərkəzində tədbirə bilet növbəsində dayanıb
Çikaqolular prezident Barak Obamanın vida mesajını dinləmək üçün Makkormik mərkəzində tədbirə bilet növbəsində dayanıb

Ağ Evin sözçüsü Cen Psakinin bildirdiyinə görə, prezidentin vida mesajı Obamanın adətən Konqres qarşısında təxminən 63 dəqiqə sürən illik hesabat məruzəsindən daha qısa olacaq.

Müşavirlərin sözlərinə əsasən, prezident Obama vida mesajı üzərində gərgin iş aparır və onun səhnəyə çıxana qədər düzəlişlər edə biləcəyi mümkündür.

Obama hakimiyyətdən rəsmən yanvarın 20-də yeni prezidentin inaqurasiyası günü gedir. Prezident seçilmiş Donald Tramp yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayacaq.

Prezident Obama hakimiyyəti populyarlıq reytinin yüksək olduğu bir şəraitdə tərk edir. Rəy sorğularına əsasən, amerikalıların 57 faizi ABŞ prezidentinin fəaliyyətini dəstəkləyir. ABŞ prezidentinin yüksək populyarlıq reytinqinə dair göstəricilər onun çıxışından öncə ictimai siyasət mərkəzi Associated Press-NORC tərəfindən açıqlanıb.

XS
SM
MD
LG