Şimali Koreya ilə Cənubi Koreyanın Olimpiya və hökümət rəsmiləri Beynəlxalq Olimpiya Komitəsinin baş qərargahında görüşərək gələn ay keçiriləcək 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında necə birləşəcəklərini müzakirə edib.
Şənbə günü Olimpiya Komitəsinin rəhbəri Tomas Bax Şimali və Cənubi Koreya komandalarının açılış mərasimində birləşmiş Koreya bayrağı altında çıxacağını deyib.
“Bu danışıqlar asan deyildi, amma buradaki hər kəsin təəhhüdü sayəsində mən Koreya Xalq Demokratik Respublikasının Milli Olimpiya Komitəsinin idmancılarının 2018-ci Pxençxan Olimpiya Oyunlarında iştirak edəcəyini elan edirəm. Beynəlxalq Olimpiya Komitəsi bu gün müstəsna qərarlar verib və Şimlai Koreya atletləri üçün əlavə 22 kvota ayırıb. Onlar Pxençxanda üç idman növü və beş sahədə iştirak edəcəklər,” Bax deyib.
Beynəlxalq Olimpiya Komitəsi şənbə İsveçrənin Lozanna şəhərində Şimali Koreya ilə Cənubi Koreyanın iştirakı ilə bağlı dörd-tərəfli görüş keçirib.
Danışıqlarda Koreya Xalüq Demokratik Respublikasının Milli Olimpiya Komitəsi, Cənubi Koreya Respublikasının Milli Olimpiya Komitəsi, Pxençxan Qış Olimpiya Oyunlarının təşkilatçı komitəsi və Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri iştirak edib.
Olimpiya oyunlarının təşilatçıları Cənubi və Şimali Koreyaların Qış Olimpiya Oyunlarında komandalarını birləşdirmək qərarını alqışlayıb və bu həftəsonu Koreya birliyini təbliğ edən “daha çox maraqlı təşəbbüslərin” irəli sürüləcəyinə söz verib.