Accessibility links

Olimpiya tarixində ilk dəfə olaraq qadınlardan ibarət birləşmiş Koreya xokkey komandası yarışıb


Tarixdə ilk dəfə olaraq şənbə günü Olimpiya Oyunlarında qadınlardan ibarət birləşmiş Koreya xokkey komandası yarışıb.

Komanda Pxençxanda keçirilən ilk matçında İsveçrəyə qarşı yarışıb.

Şimali Koreya lideri Kim Conq Unun nüfuzlu bacısı Kim Yon Conq matçda iştirak edib. Bu isə Olimpiya Oyunlarının hələ də müharibə vəziyyətində olan iki Koreya arasında münasibətlərin yumşaldığına dair işarədir. Munun prezident aparatının verdiyi məlumata görə, Kim Yo Conq və Şimali Koreyanın formal dövlət başçısı Kim Yonq Nam oyunu Cənubi Koreya prezidenti Mun Ce-inlə birlikdə izləyib.

İki ölkə cümə günü keçirilən açılış mərasimində bir bayraq altında çıxış edib. Mərasimdə Kim Yo Conq da iştirak edib. O, ABŞ vitse-prezidenti Mayk Pensə yaxın bir yerdə oturub.

Kim Yo Conq və Kim Yonq Naz prezident Munu Koreyalararası danışıqlar üçün Pxenyana dəvət edib. Əgər Mun dəvəti qəbul etsə, bu, iki ölkə 1945-ci ildə ayrılandan bəri üçüncü bu cür danışıqlar olacaq.

Bə həftənin əvvəli ABŞ Olimpiya Oyunlarından bir gün öncə qitələrarası balistik raketin də nümayiş etdirildiyi böyük hərbi parad keçirən Şimali Koreyaya indiyədək ən sərt sanksiyalar tətbiq etmək planlarını açıqlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG