Accessibility links

Olimpiya məşəlinin Rio de Janeyroya gətirilməsi etirazlarla müşayiət olunub


Rio de Janeyro şəhərinə gətirilən Olimpiya məşəli oyunlara bir neçə milyard dolların sərf edildiyi halda, sosial və iqtisadi inkişafın olmamasına etiraz edən nümayişçilər tərəfindən qəzəblə qarşılanıb.

Braziliyanın Olimpiya komandasının üzgüçülük üzrə idmançıları tərəfindən bir saat ərzində Niteroy şəhərindən Rio de Janeyronun tarixi dəniz limanına gətirilən məşəl şəhərin meri Eduardo Paesə təqdim edilib.

Məşəlin gətirildiyi yol boyu polis Olimpiya oyunlarına etiraz edən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər 12 milyard dolların sərf edildiyi halda, Braziliyanın son on illər ərzində ən dərin iqtisadi tənəzzüldə olması ilə bağlı qəzəblərini ifadə edib.

Rio de Janeyroda keçirilən Olimpiya oyunları həmçinin Zika virusunun yayılması, ölkədə kütləvi korrupsiya ilə bağlı qalmaqal və prezident Dima Russefin impiçmenti prosesi fonunda keçirilir. Çərçənbə gününə qədər Olimpiya oyunları tədbirlərinə 1 milyondan artıq bilet satılmamış qalır.

Lakin Oyunların rəsmi açılışından öncəki gün Braziliya üçün uğurlu olub; ölkənin futbol üzrə qadınlardan ibarət yığıması Rio de Janeyroda Olimpiya oyunlarının ilk rəsmi matçında 3:0 hesabla Çin üzərində qələbə çalıb.

Olimpiya məşəli üç gün ərzində Ro de Janeyro şəhərinin ətrafındakı yoxsul qəsəbələr, çimərliklər və İsa Peyğəmbərin məşhur abidəsinin önündən keçirilərək, oyunların açılışı üçün paytaxtın Marakana stadionuna gətirələcək.

XS
SM
MD
LG