Accessibility links

Olimpiya oyunları zamanı təhlükəsizliyin təmin edilməsi yolunda işlər davam edir


Water Polo
Water Polo
İyul ayının 27-də Londonun ev sahibliyi edəcəyi Olimpiya oyunları zamanı təhlükəsizliyin təmin edilməsi yolunda işlər davam edir. 1972-ci ildə Münhendə keçirilən oyunlar zamanı və son illər artan terror hücumlarından sonra Olimpiyada büdcəsinin mühüm hissəsini təhlükəsizliyə ayrılıb.

Britaniya Hərbi Hava Qüvvələrinin pilotları oyunlar zamanı fövqəladə hallarda vəziyyətə nəzarət edəcək. Britaniya rəsmiləri qırıcı təyyarələr də daxil edilməklə, bütün resurslardan istifadə eduiləcəyini, Olimpiyada Parkının ətrafındakı yaşayış məntəqələrinə 17 min hərbi qüvvə və raketdən müdafiə sistemləri yerləşdiriləcəyini bildirirlər. Təhlükəsizliyin nəzarətinə Temza çayındakı hərbi gəmilər və qayıqlar da cəlb edilib.

London-Olimpiya oyunları
London-Olimpiya oyunları
Təhlükəsizliyin təminatını üzərinə götürən təşkilatın vəd etdiyi qədər qüvvə toplaya bilməməsindən sonra bir neçə min əsgərdən ibarət hərbi qüvvə məsələyə cəlb edilib. Təhlükəsizlik məsələləri üzrə məsləhətçi Dyvid Rubens bunun oyunlara təsiri olmasa da, problem yaratdığını deyir: “Doğrusunu desək, onlar hazır deyillər. Onlar əvvəlcə düşündükləri kimi, situasiyanı yerindəcə nəzarət altına almaq deyil, əməliyyatlara əvvəlcədən hazır olmalıdırlar.”

Olimpiya oyunlarının milyonlarla pərəstişkarı və minlərlə iştirakçısı təhlükəsizliyin hərbi aspektlərini görməyəcək. Onlar oyunlara aeroporta girəcəkləri kimi daxil olacaqlar. Təhlükəsizlik işçiləri ilin əvvəlində keçirilən slnaq proqramlarında iştirak edib.

Olimpiya Parkının təhlükəsizlyinin təmin edilməsi üçün 200 hektarlıq ərazini nəzarət altında saxlaya bilən yeni texnologiyadan istifadə ediləcək. Mərkəz Olimpya oynlarının təhlükəsizliyinə nəzarət edəcək mülki və polis rəsmilərini bir araya gətirəcək. Onblardan biri də yüksək səviyyəli polis işçisi Kris Alisondur. “Siz küçələrdə yüksək rütbəli polis işçilərini görəcəksiniz. Lakin burada əsas məsələ diqqətin onlara deyil, oyunlara gönəlməsidir” - deyə, o bildirir.

Olimpiya oyunlarının keçirildiyi London və ölkənin digər bölgələrində təhlükəsizliyin təmin edilməsi çətin olacaq.

London Olimpiya Oyunları komitəsinin rəhbəri, Britaniyanın sabiq çempionu Sabastian Koe oyunlar zamanı təhlükəsizliyin oyunlardan önəmli olmadığını deyir: “Biz insanları mühasirəyə alımnış şəhərə deyil, bu ölkənin əvvəllər görmədiyi, böyük bir idman bayramında iştirak etmək üçün Londona dəvət edirik.”

17 günlük Olimpiyada oyunlarında təşkilatçıların çətinliklərin öhdəsindən necə gələcəyi dünyanın diqqət mərkəzində olacaq.
XS
SM
MD
LG