Accessibility links

Oman və Yəməndə qasırğa ən azı 5 nəfərin ölümünə səbəb olub


Omanın cənub hissəsi və qonşu Yəmən şənbə günü tarixdə qeydə alınmış ən güclü siklona məruz qalıblar. Ölkənin böyük şəhərlərində təxminən üç illik həcmdə yağış bir gündə yağıb. Qasırğa nəticəsində ən azı beş nəfərin həlak olduğu, 30 nəfərdən çoxunun itkin düşdüyü bildirilir.

Mekunu adlı siklon nəticəsində yaranan daşqın Omanın üçüncü ən böyük şəhəri olan Salalahda yolları yararsız hala salıb. Güclü külək küçə işıqlarını və evlərin damlarını uçurub.

12 yaşlı qız daxil olmaqla, üç nəfər Omanda həlak olub. Daha iki nəfərin cəsədi Yəmənin Sokotra adasında aşkar edilib. Həmin adada daha 30 nəfər itkin düşüb. Onların arasında yəmənlilərlə bərabər, hindistanlı və sudanlılar da var.

Hindistanın Meteorologiya İdarəsi deyib ki, qasırğa nəticəsində yaranan küləyin sürəti saatda 200 kilometrə çatıb. Bu gücdə siklonlar “son dərəcə şiddətli” adlandırılır.

XS
SM
MD
LG