Accessibility links

Omikron daha yoluxucu olsa da, düşünüldüyü qədər ölümcül deyil - CAR-ın səhiyyə naziri


Cənubi Afrikanın səhiyyə naziri omikron versiyasının koronavirusun ən yoluxucu veriyası olsa da, düşünüldüyü qədər də ölümcül olmadığını bildirir.

Nazir Dr. Co Faala omikronun daha çox uşağın xəstəxanaya yerləşdirməsinə səbəb olması ilə bağlı əvvəlki narahatlıqların əsassız göründüyünü deyib.

Cümə axşamı Cənubi Afrikada 22 000-dən çox insanın COVID-19-a yoluxduğu qeydə alınıb ki, bu da keçən həftə qeydə alınan gündəlik yoluxma hallarından iki dəfə çoxdur.

Faala cümə günü bildirib ki, keçən ay kəşf edilən omikron variantı ölkədə dördüncü yoluxma dalğasına səbəb olub.

“Virusun bir şəxsdən neçə nəfərə ötürülə biləcəyini göstərən rəqəm hazırda 2,5-ə bərabərdir ki, bu da pandemiyanın əvvəlki dövrü ilə müqayisədə yüksək göstəricidir" deyən Faala bildirir ki, omikron həmçinin peyvənd edilmiş və ya əvvəllər COVID-19-a yoluxmuş şəxslərdə də aşkar edilib.

Lakin ilkin məlumatlar virusun bu versiyasının əvvəlki variantlar kimi ağır olmaya biləcəyini göstərir. "Dördüncü dalğa zamanı qəbul edilən xəstələrin yalnız az bir hissəsi ikinci və üçüncü dalğalar zamanı oxşar vaxt çərçivəsində qəbul edilən xəstələr kimi xəstəliyi ağır keçirir" deyə Faala bildirir.

Ağır xəstəlik hallarına xəstəxanaya yerləşdirmə, oksigenə və ya süni nəfəs aparatına ehtiyac olması və ya şəxsin virusdan ölməsi aid edilir.

Rəsmilər keçən həftə xəstəxanaya yerləşdirilən uşaqların sayının artması ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Faala deyir ki, indi belə görünür ki, əvvəlki variantlar kimi, omikron uşaqlarda ciddi tənəffüs simptomları yaratmır.

O həmçinin bildirib ki, statistikada xəstəxanaya yerləşdirilən ağır xəstələrin ən az 70 faizinin peyvənd olunmadığı aşkar olunub.

Yoluxucu Xəstəliklər üzrə Milli İnstitutun əməkdaşı Dr. Mişel Qrum bildirir ki, "qəbul edilən xəstələrin əksəriyyəti peyvənd olunmamış şəxslərdir. Düşünürəm ki, peyvənd, maskalardan düzgün istifadə, sosial məsafə və xüsusilə böyük yığıncaqlara məhdudiyyətlərin tətbiqi baxımından hansı ictimai səhiyyə tədbirlərinin işə yaradığını artıq həqiqətən bilirik".

Faala peyvənddən imtina edənlərə cümə günü açıq bir mesaj verərək bildirib ki, "Biz onları sosial mediada oxuduqlarına qulaq asmamağa çağırmaq istərdik. Bütün anti-vaksin söhbətlərinə baxmayaraq indi peyvənd olunub özünüzü qoruyun".

XS
SM
MD
LG